Dünya
“WikiLeaks” İran-Əsəd-PKK üçlüyünün anti-Türkiyə planını üzə çıxardı
2010-cu ildə ABŞ-ın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytının Səudiyyə Ərəbistanı ilə bağlı dərc etdiyi sənədlərdə Tehranın anti-Türkiyə planları əksini tapıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Wikileaks”ın dərc etdiyi 70 min sənədin bəzilərində İranın Suriya lideri Bəşər Əsədə PKK terror təşkilatı ilə strateji ittifaqın qurulması üçün təzyiq etdiyi göstərilir.
Sənədlərə görə, Səudiyyə kəşfiyyatının hökumət üzvlərinə göndərdiyi məktubda İran başda olmaq üzrə Suriya rejimini dəstəkləyən ölkələrin Türkiyəyə qarşı PKK ilə ittifaqın qurulması üçün Dəməşqə təzyiq göstərdiyi deyilir. Qeyd edilir ki, Suriya rejimini dəstəkləyən ölkələr bu ittifaqın Bəşər Əsədin hakimiyyətdə qalması üçün həyati əhəmiyyət daşıdığını düşünür.
Başqa bir sənəddə isə Əsədə edilən təzyiqdən sonra Suriya hökumətinin PKK ilə görüşdüyü və Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması fikrinə qarşı əməkdaşlıq təklif etdiyi bildirilir. Sənədlərin birində isə deyilir ki, Səudiyyə Ərəbistanının kəşfiyyat agentləri İsrailə qarşı strateji hücumlarda rol alması üçün Əsəd rejimi ilə Livan “Hizbullah”ı arasında ittifaq yaratmağa çalışacaq.
Ömər Dağlı
-
Kriminal23:12Göygöldə dəhşətli qətl
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!












.jpg)


.jpg)















.jpg)

