Ekologiya
Mikrorayonda ağac kəsənlərin işi Baş Prokurorluğa göndərildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb.
Əraziyə keçirilən baxış zamanı məlum olub ki, iyulun 8-də Nəsimi
rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın
torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə “MİD-17” MTK-ya
ayrılıb və sözügedən şirkət tərəfindən yaşıllıq ərazidə
özül-qazıntı işlərinə başlanılıb. Araşdırma zamanı ərazidə qanunsuz
olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika
ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi
aşkar edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş
Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək
qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara
müraciət olunub.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq









.jpg)
























