Ekologiya
Yağmurlu hava nə vaxtadək davam edəcək? - RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Publika.az-a verdiyi məlumata görə, hava şəraitinin qeyri-sabit davam edəcəyi gözlənilir:
“Ayın 5-ə qədər qeyri-sabit hava şəraiti davam edəcək. Artıq ayın 5-dən sonra günün ikinci yarısından etibarən Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 15-18 dərəcə isti olacaq.
Ayın 4-də Bakıda arabir yağış yağacağı, gündüz saatlarında bəzi
yerlərdə intensiv hal alacağı gözlənilir. Havanın temperaturu isə
14-16 dərəcə isti təşkil edəcək.
Bölgələrdə ayın 4-də yağışlı hava şəraiti davam edəcək. Gecə və
səhər bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı da var. Aran
rayonlarında havanın temperaturu 14-17 dərəcə, dağlıq rayonlarında
5-9 dərəcə isti, ayın 5-də isə müvafiq olaraq Aran rayonlarında
15-20 dərəcə, dağlıq rayonlarında isə 7-12 dərəcə isti
gözlənilir.
Asif Verdiyevinin sözlərinə görə, son günlərdə aramsız yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında suyun səviyyəsində artım müşahidə olunur:
“Xüsusilə Lənkəran-Astra ərazisindən keçən Lənkəran çayında suyun səviyyəsində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunub.”
Könül Cəfərli
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region10 Mart 22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial10 Mart 21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB10 Mart 20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB10 Mart 20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək






.jpg)






.jpg)























