Ekologiya
"Qırmızı kitab"a düşən ayını saxlayan şəxsi nə qədər cəza gözləyir?
“Quba rayonunda fərdi təssərrüfatlardan birində adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür”.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq.

“Əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə, o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Qanun pozucusu barəsində protokol tərtib edilərək o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, cərimə olunacaq”.
İ.İbrahimova bildirib ki, belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur.
Belə hallarla rastlaşan hər bir vətəndaşdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”inə müraciət etmələri xahiş olunur.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)



















.jpg)

.jpg)
