Ekologiya
Yağış, qar yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Fevralın 26-a gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralda 26-da hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Fevralın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

















.jpg)


.webp)
















