Ekologiya
Kondisionerlərin koronavirus TƏHLÜKƏSİ
Ekologiya Laboratoriyasının direktoru Anton Yastrebtsev kondisionerlərdən səhv istifadənin sağlamlığa zərər verdiyini deyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekoloq uzun müddət istifadə olunmayan kondisionerlərin filtrlərində çox sayda mikroorqanizm toplandığını deyib. Kondisionerlər yayda ilk dəfə qoşulduğu zaman çox sayda mikroorqanizmlər çölə atılır və bu “ventilyasiya sindromu” adlanır.
“Mikroorqanizmlər üçün kondisionerlər əlverişli qidalandırıcı mühitdir, çünki tozlar, hissəciklər, polen və bitki toxumları orada yerləşirlər. Belə bir otaq havası insanda allergiya və xroniki xəstəliklərin kəskinləşməsi də daxil olmaqla, müxtəlif mənfi reaksiyalara səbəb olur. Kondisioner ilk dəfə işə salınmazdan əvvəl filtr sistemi daxil olmaqla təmizlənməlidir və yuyulmalıdır”, - deyə ekspert qeyd edib.
Ekoloq bildirib ki, bununla əlaqədar müxtəlif şirkətlər və xidmətlər məşğul olur. Adi kondisionerləri isə mağazalarda satılan xüsusi məhsullardan istifadə edərək təmizləyə bilərsiniz. Yastrebtsev əlavə edib ki, bu, avtomobil kondisionerlərinə də aiddir. Avtomobillərdə kabin filtrlərini də dəyişdirmək lazımdır.
Aytən Məftun
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı







.jpg)
































