Ekologiya
Meteohəssas insanların nəzərinə - Sabah hava şəraiti sizin üçün...
Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO












.jpg)





.jpg)















.jpg)


