Ekologiya
Alimdən XƏBƏRDARLIQ - Azərbaycanda iyulun 20-dən avqustun 20-dək... - - VİDEO
Video əlavə olunub.
xxx
Azərbaycanda bu il iyul-avqust aylarında quraqlığın müşahidə ediləcəyi gözlənilir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, iyulun 20-dən avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir.
M.Həsənov əlavə edib ki, belə quraq illər Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib. Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən - bir müşahidə edilir. Lakin yay aylarında cənub hava kütlələrinin - həm tropik siklonların, həm Şimali Afrikada - Ərəbistan üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.
Direktor müavini bildirib ki, adətən, yay aylarında Azərbaycan ərazisində yağıntının az düşməsi müşahidə edilir. Bu il isə yağıntıların daha da az olacağı gözlənilir. Bununla yanaşı, qlobal iqlim dəyişmələri fonunda Azərbaycanda havanın temperaturunun yüksəlməsi müşahidə edilir ki, bu da bir tərəfdən quraqlıqların daha çox olacağını şərtləndirir:
“Əgər havanın sutkalıq temperaturu normadan 4-5 dərəcə yüksək olursa, isti külək əsirsə, havanın nisbi rütubəti 30 faiz və daha aşağı olursa, onda belə hava şəraiti quraq adlanır. Quraqlıqların yaranmasının əsas səbəbi iqlim amilləri, xüsusilə temperaturun yüksəlməsidir. Azərbaycanda son 30 ildə - təxminən 1990-cı ildən indiyədək havanın orta illik temperaturu çoxillik iqlim normasına nisbətən 0,6,-15, dərəcə yüksəlib”.
M.Həsənov qeyd edib ki, Azərbaycanın ən quraq ərazisi olan Kür-Araz ovalığındakı Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Ucar, Biləsuvar və s. rayonlar ölkəmizin əsas kənd təsərrüfatı rayonlarıdır.
Alim hesab edir ki, bu rayonlarda quraqlıq müahidə edilərsə və su ehtiyatları azalarsa, bu, kənd təsərrüfatına mənfi təsir göstərəcək: “Yay aylarında bitkilərin vegetasiyasının daha sürətlə getdiyi bir dövrdə quraqlığın olması kənd təsərrüfatına öz mənfi təsirini göstərəcək. Təbii ki, bu təbiət hadisəsi olduğundan ona qarşı qabaqlayıcı effektli tədbirlər görmək mümkün deyil. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
