Ekologiya
Bu günün HAVA PROQNOZU açıqlandı
Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 29-30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

