Ekologiya
Ermənilərin və alman şirkətinin Oxçuçay terroru: Beynəlxalq müstəvidə cərimələnməlidir
Ermənistan həm işğal dövründə, həm də indi müəyyən vasitələrlə Oxçuçaya kimyəvi tullantılar tökərək Azərbaycan ekologiyasına qarşı terroru davam etdirir. Oxçuçay vasitəsi ilə Azərbaycanın fauna və florasına zərbə vuranlardan biri də Almaniyanın CRONİMET HOLDİNG şirkətidir. Həmin şirkətlə yanaşı Ermənistan dövləti də bu cür ekoloji terrora görə beynəlxalq müstəvidə cərimələnməlidir.
Amma necə?
Ekoloq Müslüm Qurbanov Publika.az-a açıqlamasında söyləyib ki, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş regionlara ekspedisiyalar təşkil edir:
“Həmin regionlarda ekspedisiyalar zamanı ölçmələr aparılır. Demək olar ki, ölçmələrin nəticəsi də artıq bəllidir. Transsərhəd suların qorunması haqqında konvensiya var. Təssüf ki, nə Ermənistan, nə də Gürcüstan həmin konvensiyaya daxil olub. Biz həmin konvensiya vasitəsi ilə Ermənistana təsir edə bilmirik. Amma Transsərhəd müstəvidə ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı da konvensiya mövcuddur”.
Ekoloqun sözlərinə görə, ermənilər həmin konvensiyanın üzvüdürlər:
“Ermənilərin və ya hansısa şirkətlərin çayları, suları çirkləndirməsi ilə bağlı həmin konvensiyalar vasitəsi ilə beynəlxalq təşkilatlara müraciət etmək lazımdır. Bizim Radiasiya Problemləri İnstitutunun işçisi suda ölü balıqlar görüb. Artıq suyu o qədər çirkləndirirlər ki, çaydan ölü balıqlar gəlir. Həmin çay gəlib Araza, Araz da Kürə tökülür və həmin zəhərli maddələr gəlib Bakıya çıxır. Hökumətlərarası konvensiyalar vasitəsi ilə Ermənistana cərimə və cəza mexanizmləri tətbiq etmək lazımdır”.
Tural Turan
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi


































.jpg)


