Ekologiya
Oxçuçayla bağlı “Greenpeace” təşkilatına müraciət olundu
Oxçuçaya qarşı törədilən ekoloji terrora etiraz əlaməti olaraq Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (ACCA) və Ukrayna Azərbaycanlıları Radası (UAR) nüfuzlu "Greenpeace" beynəlxalq təşkilatına müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, bəyanatlarda Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Oxçuçayın töküldüyü Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynadığı və Ermənistanın dövlət agentliklərinin də sözügedən ekoloji cinayəti etiraf etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, bütün bunlar həm də insan sağlamlığına böyük təhlükə yaradır, amma Ermənistan 1992-ci ildə imzalanmış Helsinki Konvensiyasına qoşulmur və öhdəliklərindən yayınır.
Qeyd edilib ki, ACCA və UAR ətraf mühitin qorunmasında böyük rol oynayan "Greepeace" təşkilatını baş verənlərə göz yummamağa, Oxçuçaydakı dəhşətli fəlakətin qarşısının alınması məqsədilə dərhal hərəkətə keçməyə çağırıb.
Bəyanatları Azərbaycan–Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika–Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta–Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida–Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota–Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı, Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova və UAR baş katibi Cəlal Hüseynov imzalayıblar.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





