Ekologiya
“Mərkəzi Nəbatat Bağı”nın nizamnaməsi və strukturu təsdiqləndi
Baş nazir Əli Əsədov “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar imzalayıb.
Publika.az xəbər verir ki, qərara əsasən:
1.1. Mərkəzi Nəbatat Bağı (bundan sonra – Bağ) ona aid ərazinin idarə edilməsi, mühafizəsi, bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması, ərazisinin qorunması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. Bağ Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərir.
1.3. Bağ öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və Bakı Şəhər İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarını rəhbər tutur.
1.4. Bağ öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Bağın müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində Bakı Şəhər İcra Hakimiyyətinin adı, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Bağ ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Bağ sahibkarlıq fəaliyyəti ilə yalnız həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etdiyi hallarda məşğul ola bilər.
1.7. Qanuna uyğun olaraq Bağın əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, 3 həmçinin vəzifələri vardır. Bağ məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Bağ Bakı şəhərində yerləşir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



































.jpg)


