Ötən yay Arktikada elə bir isti olub ki...
Bizi izləyin

Ekologiya

Ötən yay Arktikada elə bir isti olub ki...

Ötən yay Arktikada elə bir isti olub ki...

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, 2023-cü ildə Arktikada orta yay temperaturu regionda rekord həddə çatıb.

Publika.az xəbər verir ki, departamentin saytında dərc olunan hesabata görə, 1940-cı ildən bəri Arktikada orta illik temperatur 10 il ərzində 0,25 dərəcə Selsi, orta yay temperaturu isə 0,17 dərəcə artıb.

“Keçən il ərzində Arktikada orta aşağı hava temperaturu 1900-cü ildən bəri altıncı ən isti olub, 20 dərəcə Fahrenheit (mənfi 7 dərəcə Selsi). Arktikada orta yay temperaturu 43 dərəcə Fahrenheit (6,4 dərəcə Selsi) ilə rekord həddə çatan ən isti olub”, deyən agentlik 13 ölkədən 82 alimin tədqiqatının nəticələrinə istinad edib.

Alimlər həmçinin Arktikada dəniz buzunun 2023-cü ildə azalmağa davam etdiyini müəyyən ediblər. Hesabatda deyilir: “Bu il dəniz buzunun həcmi 1979-cu ilə aid peyk qeydlərində rekordlar üzrə altıncı ən aşağı idi, köhnə, daha qalın çoxillik buzlar 1980-ci illərdəkindən çox incədir”.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm