Ekologiya
Alimlərdən yeni kəşf: Okeanın dərinliklərində görün nə tapdılar - FOTO
Tədqiqatçılar okeanlarda 100-ə yaxın yeni növ və 1 sirli ulduza bənzər canlı tapdıqlarını açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ekspedisiya qrupu araşdırmanı Cənubi adadan şərqdə, Yeni Zelandiya sahillərindən okeanın 800 kilometr uzunluğundakı “Bounty Trough” üzərində ediblər.

Alimlərin bu araşdırması fevral ayında ölkənin Milli Su və Atmosfer Tədqiqatları İnstitutuna məxsus "Tangaroa" tədqiqat gəmisində baş verib.
Komanda 3 mil (4800 metr) dərinlikdən təxminən 1800 nümunə toplayıb. Elm üçün yeni olan balıq, kalamar, mollyuska və mərcan növləri tapıb.

"Ocean Census"un ekspedisiya elmi meneceri Daniel Mur qarşıdakı 10 il ərzində də 100 000 naməlum növü müəyyən edəcəklərini söyləyib:
"Bu kəşf çox həyəcanlı idi. Növbəti üç həftə ərzində dənizin dərinliklərindən tapılan növlərin yeni olub-olmadığını təsdiqləmək üçün onları çeşidləyəcək, daha sonra araşdıracağıq”.

O, əlavə edib ki, əvvəlcə dəniz ulduzu və ya dəniz anemonunun eyni növ olduğunu düşündük:
“İlanbalığı kimi tanınan yeni bir balıq növü tapmasına təəccübləndik. Bu nadir tapıntıdır. Dənizdə hələ də bilmədiyimiz yüz minlərlə onurğasız canlı növü var”.
Qeyd edək ki, okeanın dərinliyi haqqında elmi biliklərdə böyük boşluqlar qalır. Burada mövcud olduğu düşünülən 2,2 milyon növdən yalnız 240 000-i elm adamları tərəfindən kəşf edilib.
Aysel Şahmar
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
-
İdman11:42"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya
-
Sosial11:31May ayının istirahət günləri açıqlandı
-
ABŞ09:24Tramp atəşə tutulub, qonaqlar da şərab oğurlayıblar
-
Dünya08:49İran ABŞ-a yeni təklif göndərdi
-
Dünya07:15Dünya əhalisi buna həsrət qalacaq - Müharibənin inanılmaz təsiri
-
Ekopublika.az06:16Benzin bahalaşacaq?





































.png)

