Ekologiya
ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirdi
Azərbaycan Dəmir Yolları (ADY) QSC yaşıl dünya naminə və COP29-a hazırlıq çərçivəsində Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında genişmiqyaslı təmizlik aksiyası keçirib.
QSC-dən Publika.az-a bildirilib ki, Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyalarının ərazisində baş tutmuş aksiyada ADY-nin müxtəlif struktur bölmələri və törəmə təşkilatlarının əməkdaşları iştirak ediblər.
İştirakçılar ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağacların diblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryol xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarını təmizləyib.
Bu təşəbbüs ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ekoloji problemlərin vacibliyini vurğulamaq və təbiətə qarşı məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
























.webp)
.jpg)










