Ekologiya
COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək
Noyabrın 13-14-də COP29 çərçivəsində “Cambridge Institute for Sustainability Leadership" (Kembric Davamlılıq Liderliyi İnstitutu) və "Climate Action"ın birgə əməkdaşlığı ilə 16-cı dəfə təşkil olunacaq Davamlı İnnovasiya Forumu keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "Cambridge Institute for Sustainability Leadership"ın saytında məlumat verilib. Bildirilib ki, forum biznes, hökumət, şəhərlər, maliyyə və vətəndaş cəmiyyəti də daxil olmaqla, bütün sektorlardan qlobal davamlılıq liderlərini bir araya gətirəcək. Tədbirin məqsədi iqlim dəyişikliyi ilə mübarizədə daha irəli getmək üçün transformativ yenilikləri və real tədbirləri təşviq etməkdir.
Qeyd olunub ki, forum iqlim liderləri, yenilikçilər və sahə mütəxəssisləri ilə əlaqə qurmaq üçün geniş şəbəkələşmə imkanları təqdim edir və COP çərçivəsində iştirak üçün ideal bir fürsətdir.
Forumda çıxış edəcək şəxslər arasında Kaliforniya Ətraf Mühiti Qoruma katibi Yana Qarsiya, Bezos Yer Fondunun icraçı direktoru Andryu Stir və ABŞ Enerji Departamentinin icraçı ticarət direktoru Vanessa Çanın da adı var.
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
























.webp)
.jpg)










