Ekologiya
Nəhəng qızıl balıq alimləri ŞOKA SALIR - Təbii düşmənlərin olmadığı şəraitdə...
ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin (USFWS) əməkdaşları Pensilvaniya su anbarında heyrətamiz kəşf ediblər: qeyri-adi böyük qızıl balıq.
Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Bildirilib ki, unikal nümunə Presque Isle Dövlət Parkında aşkar edilib və ölçüsünə görə ona "meqalodon" ləqəbi verilib.
Elm adamları ehtimal edirlər ki, balıq əvvəllər akvariumda yaşayıb və sonradan təbiətə buraxılıb. Ekoloqlar ciddi şəkildə xəbərdarlıq ediblər ki, bu cür hərəkətlər kövrək yerli ekosistemə düzəlməz ziyan vurur.
Mütəxəssislərin fikrincə, qızıl balıqlar çox vaxt balıqçılar üçün yem rolunu oynayır, lakin balıq tutduqdan sonra onları su hövzələrində buraxmaq qəti qadağandır. Təbii yaşayış yerlərində onlar iki kiloqram ağırlığa çata bilər, digər növlər üçün ciddi təhlükəyə çevrilir, suyu çirkləndirir və su bitkilərini məhv edir.
Təbii düşmənlərin olmadığı şəraitdə bu balıqlar ekoloji tarazlığı pozaraq inanılmaz sürətlə çoxalırlar.
USFWS rəsmiləri ictimaiyyəti ev heyvanlarını təbiətə buraxarkən məsuliyyət daşımağa və balıq ovu üçün alternativ yem üsullarından istifadə etməyə çağırır.
Hüseyn İbadlı
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı



















.jpg)













.jpg)



