Ekologiya
Buzlaqlar rekord sürətlə əriyir: 2 milyard insan ac-susuz qala bilər
Son altı ildir buzlaqlar rekord sürətlə əriyir. 2024-cü ildə dünya buzlaqları yenidən kütlə itirib.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.
“2022-ci ildən 2024-cü ilədək tarixdə ən böyük buzlaq kütləsi itkisini müşahidə etdik”, – ÜMT-nin başçısı Seleste Saulo bildirib.
Xüsusilə Skandinaviya, Şpitsbergen arxipelaqı və Şimali Asiya buzlaqları zərər çəkib, burada itkilər rekord həddə çatıb.
Bildirilir ki, buzlaqlar buz qalxanları ilə birlikdə Yer kürəsindəki şirin suyun təxminən 70 %-ni saxlayır, dağlıq bölgələr isə planetin “su qüllələri” rolunu oynayır. Onların yox olması milyonlarla insanın su təchizatını təhlükə altına qoyacaq.
"The Guardian" isə UNESCO-nun hesabatına istinadən yazıb ki, dünyadakı suvarılan kənd təsərrüfatı torpaqlarının üçdə ikisinin iqlim böhranı səbəbindən dağlıq ərazilərdə buzlaqların əriməsi və qarın azalmasından zərər görəcəyi ehtimal edilir. Əriyən buzlaqlar dünya üzrə 2 milyard insanın qida və su təchizatında fasilələrə səbəb ola bilər.
"World Water Development Report 2025" hesabatında da qeyd edilib ki, 1 milyarddan çox insan dağlarda yaşayır və onların yarısı inkişaf etməkdə olan ölkələrdə artıq qida çatışmazlığı ilə üzləşir. Vəziyyət daha da pisləşə bilər. Çünki belə regionlarda qida məhsullarının istehsalı dağ sularından, qarın və buzlaqların əriməsindən asılıdır.
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı

















.jpg)










.jpg)




.jpg)



