Ekologiya
Bu ərazilərə qar yağdı - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin martın 23-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edib.
Publika.az xəbər verir ki, düşən yağıntının miqdarı Lənkəran və Astarada 15, Cəlilabadda 8, Zaqatala və Balakəndə 6, Sabirabad, Tovuz, Tərtər, Ağstafa, Lerik, Zərdab, Xocalı, Qax, Şəki, Qəbələ, Biləsuvar, Füzuli, Ceyrançöl, Şəmkir, Naftalan, Gəncə, Yardımlı, Altıağac, Quba, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Neftçala, İsmayıllı, Biləsuvar, Yardımlı, Ağdam, Oğuz, Qobustan, Culfa, Ordubad, Sədərək, Bərdə, Goranboy və Şahbuzda 5, Bakıda və Abşeron yarımadasında 2 mm-dir.
Kəlbəcər, Laçın, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Xaltan və Qusarda (Laza) isə qar yağıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Xaltan, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Lerik, Qax, Şəki, Balakən, Zaqatalada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
















.jpg)


.jpg)








.jpg)




.jpg)



