Ekologiya
Ötən ay Bakıda havanın temperaturu normadan yuxarı olub
Mart ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.3-16.0 dərəcə), 4 gün isə normadan aşağı (0.7-6.3 dərəcə), orta aylıq temperatur isə 9.7 dərəcə isti olub.
Xidmət rəisi qeyd edib ki, ötən ay maksimal temperatur martın 18-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu Kürdəmir rayonunda 32.5 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 32.1 dərəcə isti olub.
Minimal temperatur isə ölkə üzrə martın 2-i Şahdağda 21.2 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə 6 dərəcə şaxta müşahidə olunub:
“2025-ci ilin mart ayında bölgələr üzrə 12 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 127 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 86 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb.”
N. Mahmudov bildirib ki, mart ayının bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 105 sm olub. Martın 23-də Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb:
“Mart ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 15 gün, bölgələrdə isə 16 gün küləkli olub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 30 m/s-dək güclənib”.
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı















.jpg)


.jpg)
.jpg)








.jpg)




.jpg)



