Elm və təhsil
ATU-da bilik yarışı keçirilib
Azərbaycan Texnologiya Universitetində (ATU) bələdiyyələrə həsr olunan bilik yarışı keçirilib.
Universitetin İnzibati idarəetmə kafedrasının təşəbbüsü ilə keçirilən yarışda Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi Elşad Məmmədov və Nizami bələdiyyəsinin nümayəndəsi Elçin Ələkbərov da iştirak edib.
Bilik yarışında ATU-nun Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan 2 və 3-cü kurs tələbələrindən təşkil olunan 4 komanda iştirak edib. 3 turda keçirilən yarışda təqdim olunan suallar tələbələrin nəzəri və təcrübi biliklərini yoxlamaq məqsədi daşıyıb və əsasən yerli özünüidarəetmə orqanlarının yaranması, fəaliyyəti, eləcə də bu sahədəki mövcud qanunvericiliyi əhatə edib.
1-ci turda "Turan" komandası "Göygöl" komandası üzərində, 2-ci turda isə "Kəpəz" komandası "Nizami" komandası üzərində qələbə qazanıb. Nəhayət final qarşılaşmasında topladığı ballarla "Turan" komandasını üstələyən "Kəpəz" komandası yarışın qalibi olub. Qalib komandanın üzvlərinə mükafatlar təqdim olunub.
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video
-
Maraq dünyası09:12İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir
-
Sağlamlıq09:00Pəhriz saxlamadan arıqlamağın iki sadə yolu
-
İdman06:46Yamal “Barselona”nın məşqini buraxdı - Səbəb nədir?
-
Magazin106:16"O həyasız da elə bilir deməyə sözüm yoxdur"
-
Yaxın Şərq05:45İsrail “Hizbullah”ın komanda mərkəzlərini vurdu
-
Yaxın Şərq02:42“Shahed”in Amerika klonu İraqda peyda oldu - Video





































