Elm və təhsil
Jurnalistlər üçün yeni kitab - FOTO
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, fakültənin professor-müəllim heyəti və mətbuat orqanlarının rəhbərləri iştirak etdiyi tədbiri Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev açaraq müasir informasiya cəmiyyəti quruculuğunda elmin, təhsilin əhəmiyyətindən danışıb, kitab müəlliflərinin işini yüksək qiymətləndirib. Bildirib ki, dərs vəsaitində həm dünya,həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, İctimai Televiziyanın Yayım Şurasının üzvü Azər Həsrət, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Report.az saytının baş redaktoru Murad Əliyev çıxış edərək üç hissədən ibarət kitabın ilk bölməsində dünyanın xəbər axınını təmin edən əsas informasiya agentliklərinin, ikinci bölmədə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-dan başlayaraq çağdaş dövrün bütün agentlikləri və xəbər portallarının, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatlarının tədqiqata cəlb olunduğunu qeyd edib, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və beynəlxalq jurnalist təşkilatları ilə əməkdaşlığının təhlil olundugunu bildiriblər.
Qeyd edək ki, kitabın həmmmüəllifləri Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovadır.
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çindən avtomobil almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi







.jpg)



.jpg)





.jpg)















.jpg)


