Elm və təhsil
Magistraturaya qəbul üçün son 3 saat
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulu üçün artırılan vaxt bu gün saat 12:00-da başa çatır.
Publika.az xəbər verir ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
Qeyd edək ki, ötən gün axşam saatlarına olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib.
Elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq
etdirməli olan namizədlərin nəzərinə çatdırırıq ki, SQK 13 fevral
saat 12:00-dək fəaliyyət göstərəcək. Ünvan: Yasamal rayonu, Mikayıl
Müşviq küçəsi, 1M.
Qeyd edək ki, ərizələrin qəbulu üçün verilən vaxt ötən gün başa
çatsa da ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin
sayının çox olması nəzərə alınaraq müddət bu gün saat 12:00-dək
uzadılıb.
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
Region14:36Paşinyanın seçki kampaniyasında qalmaqal - VİDEO
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi





































