Elm və təhsil
Abituriyentlər üçün pulsuz xidmət mərkəzləri YARADILDI - ÜNVANLAR
Dövlət İmtahan Mərkəzinin regional bölmələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb.
DİM-dən Publika.az-a verilən məlumata görə, mərkəzlərdə abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Naxçıvan MR Regional Bölməsi
Naxçıvan şəhəri, Nizami küçəsi, 10
+99 (036 5) 44 04 02;
Göyçay Regional Bölməsi
Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43
+99 (020 27) 4 66 74;
Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182
+99 (024 24) 4 66 14;
Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b
+99 (023 32) 5 01 21;
Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52
+99 (025 25) 5 24 82;
Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina
+99 (022 25) 6 50 67;
Şirvan Regional Bölməsi
Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19
(021 21) 5 15 23;
Bərdə Regional Bölməsi
Bərdə ş., H.Əliyev prospekti, 100
(020) 205-01-86.
Xatırladaq ki, Bakı şəhərində “Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində yaradılıb həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.Növbəti “Abituriyent Məsləhət Mərkəzi” isə Qərbi Kaspi Universitetində yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi haqqında əlavə məlumat veriləcəkdir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)