Elm və təhsil
Yad planetlərdəki varlıqlar necə görünürlər? - Veneranın sıx buludları arasında həyat - FOTO
Astrobioloqlar həyatın ilkin əlamətlərini Yer kürəsinə ən yaxın olan planetlərdə və onların peyklərində axtarmağı məsləhət görür. Araşdırmalara görə, Venera ilə Marsda olan mikroorqanizmlərin Avropa və Enceladusda yaşaması üçün uyğun ekoloji şərtlər mövcuddur.
Publika.az Günəş sistemində Yer kürəsində yaşamayan canlılarla qarşılaşmanın ehtimal olunduğu yerləri təqdim edir.
VENERANIN ATMOSFERİ
İngiltərəli mütəxəssislər Venera planetinin səthindən 51-65 kilometer yüksəkdəki boşluqlarda yaşayan canlıların olduğunu düşünür. Oradakı hava temperaturunun 20-65 dərəcə olduğunu təsbit edən elm adamları atmosferin yüksək nisbətdə sulfat turşusu (kükürd) qarışığı olan su buxarından əmələ gəldiyini kəşf edib. Bu cür şəraitlərdə isə sulfatla qidalanan ekstremofil bakteriyaların (ekstremal temperatur, turşuluq, qələvilik və ya kimyəvi konsentrasiyanın şəraitində yaşayan mikroorqanizm) yaşaması mümkündür.
Dünyada isə bu canlılar yeraltı su qaynaqları, oksigensiz depolar, daimi donan torpaq kimi həyat üçün ən uyğunsuz şəraitlərdə və şərtlərdə yaşayırlar. Bəzi mikroblar Günəş enerjisinin köməyi ilə assimilyasiya etdikləri qeyri-üzvi maddələrlə qidalanmağa uyğunlaşıblar. Enerjilərini fotosintez yolu ilə əldə edən bir bakteriya növü olan siyanobakteriyalar isə 70 dərəcəyə qədər istilik olan şəraitdə qala bilir.
Ehtimallara görə, Venerada daha öncə su okeanları və biosfer olub. Ancaq daha sonra zərərli qazların təsiri ilə planet quru və steril bir səhraya çevrilib. Oradakı torpaqda həyatın olma ehtimalı çox az olsa da, bu planetdə canlıların yaşaya biləcəyi tək yer atmosferdəki buludlardır. Məsələn, “Mezofilik deinokok” bakteriyaları 10 kiloqray dəyərində radiasiyaya belə dözümlüdür. “Termik qammatolerans”lar isə 88 dərəcə istiliyə tab gətirə bilir və 3 kiloqray şüaya dözür.
MARSDA YERALTI OKEAN
Bir çox elm adamı Mars və Yer kürəsinin 3-4 milyard ilə öncə bir-birinə bənzədiklərini və hər ikisində də bol su olduğunu təxmin edir. Marsda bəzi ərazilərin okeanın periodik olaraq nəmləndirdiyi bataqlıqdan ibarət düzənlik olduğu ehtimal olunur. Orada 2.3x107 kub-kilometr su deposu ola biləcəyi də ehtimallar arasındadır. Bu suyun 1/3 hissəsinin buraxlandığı, 1/3 hissəsinin qütblərdə buza çevrildiyi, qalan qismininsə yerin altında buz şəklində qalmış ola biləcəyi düşünülür. Gənc Marsın iqlimi Yer kürəsindəkinə bənzəməyib və soyuq olub. Ancaq NASA mütəxəssisləri “Qırmızı planet”in həyatın beşiyi ola biləcəyinə inanır.
Okean və göllərin quruması həyatın yox olduğu anlamına gəlmir. Bəzi həyat əlamətlərinin atmosferdən və ya torpaqdan nəm çəkmə qabiliyyətində olduqları aşkardır. Əlavə olaraq, 5 milyon il öncə Marsda həyat üçün uyğun şərtlər olub. O zaman planetin orbitinin əyriliyi 45 dərəc olub. Bu da qütblərin indiyə qədərki ilə müqayisədə iki qat daha çox Günəş enerjisi aldığı anlamına gəlir. Təxminən, Yer kürəsinin qütb bölgələri kimi.
Marsın qütblərindəki buz papaqları artıq ərimir. Ancaq 5 milyon il öncəki halı indiki Antarktidaya çox bənzəyir. Antarktidada daimi donmuş torpaqların olduğu dağ vadisində tapılan nümunələr “Phoenix” kosmik gəmisinin “Qırmızı planet”də kəşf etdiyi nümunələrlə bənzərdir.
Antarktidadakı vadidə mikroorqanizmlər var. Mütəxəssislər labaratoriyada yuxuda olan bir çox orqanizmləri oyada bilib.
SATURNUN ORBİTİNDƏKİ BUZ OKEANI
Saturnun böyüklük baxımından 6-cı peyki olan Enceladus 40 km qalınlığında buzla örütülüdür. 2011-ci ildə səthində tapılan 5 km qalınlığındakı buz təbəqəsinin altında, tam 65 km dərinlikdə yerləşən okeanın içində kimyəvi reaksiyalar təsbit edilib. 2011-ci ildə hazırda ömrünü baş vuran “Kassini” kosmik gəmisi planetdə qeyzer partlayışları qeydə aldı. Elm adamları buzun altında duzlu okean olduğunu təxmin edir.
Bu da o deməkdir ki, peykin bir hissəsi istilik qaynaqlarına sahibdir. Hesablamalara görə, okeandakı suyun temperaturu mənfi 170 dərəcə ilə müsbət 26 dərəcədə arasında dəyişir. İsti və duzlu okean yaşamaq üçün uyğun yerdir. Kosmik radiasiyadan canlı orqanizmləri mühafizə edən şey isə okeanın buz zirehidir. Bu zireh Günəş şüalarını içəri buraxmır. Ancaq bu kritik bir vəziyyət deyil. Çünki bir çox mikrob qaranlıqda da yaşaya bilir.
Zümrüd
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO