Elm və təhsil
Qafqazşünaslıq İnstitutunun direktoru tələbələrin suallarını cavablandırdı - FOTO
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda olublar.
Fonddan Publika.az-a bildirilib ki, təcrübəçilər Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı ilə görüşüblər.
Görüşdə M.Qasımlı rəhbərlik etdiyi institutun fəaliyyətindən söz açıb. O bildirib ki, Qafqaz ölkələrində baş verən sosial-iqtisadi, siyasi və digər proseslərin Azərbaycana təsiri, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin regiona dair baxışları, nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması, əməkdaşlığı, beynəlxalq konfranslarda təmsilçilik Qafqazşünaslıq İnstitutunun əsas fəaliyyət istiqamətini təşkil edir.
Azərbaycanın dünyada yüksək nüfuza malik olduğunu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildiyini vurğulayan alim görüş zamanı tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.
Tələbə-alim dialoqu şəklində davam edən görüşdə tələbələrin diqqətinə çatdırılıb ki, ölkə iqtisadiyyatının inkişafı ayrı-ayrı sahələrə öz müsbət təsirini göstərir, neft kapitalı insan kapitalının gücləndirilməsinə yönləndirilir, sosial obyektlərin tikintisinə və yeni iş yerlərinin yaradılmasına böyük diqqət ayrılır. Tələbələrə dövlətin bu uğurlarını təbliğ etmək tövsiyə olunub.
Sonda Qafqazşünaslıq İnstitutunun ümumi işlər üzrə direktor müavini Şahin Yəhyayev təcrübəçiləri institutun müvafiq şöbələri ilə tanış edib.
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...









.jpg)




























