Elm və təhsil
Yüksək vəzifələrə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Nəticələr açıqlandı
Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən daxili müsahibələrə yekun vurulub.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini və Nazirliyin Aparatında şöbə müdiri vəzifələri olub.
Müsahibələrdə iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə qeydiyyatdan keçmiş 119 namizəddən 38 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 65 namizəd lazımi keçid balını toplaya bilməmiş, 6 namizəd müsahibədə iştirak etməyib, 10 namizəd isə müsahibədə iştirak etməkdən imtina edib. Maliyyə Nazirliyi üzrə qeydiyyatdan keçmiş 2 namizəd müsahibə nəticəsində uğur qazanmayıb.
Ümumilikdə, müsahibəyə çıxarılmış 93 vakant vəzifənin 1-i 3-cü təsnifata, 4-ü 4-cü təsnifata, 20-si isə 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 21-i 7-ci təsnifata aid olmaqla, 1-i AA, 15-i AB, 61-i AC, 9-u BA, 7-si isə BB vəzifə qrupuna aiddir.
Ötən il noyabrın 1-də elan edilmiş daxili müsahibələrdə iştirak edən namizədlərin yaş və gender bölgüsü barədə məlumat:
|
Cins |
Yaş |
Qeydiyyatdan |
İştirak |
Uğur |
|
Qadın |
18-25 |
0 |
0 |
0 |
|
25-30 |
7 |
6 |
3 |
|
|
30-35 |
5 |
4 |
1 |
|
|
35-40 |
3 |
3 |
1 |
|
|
40-65 |
2 |
2 |
0 |
|
|
Kişi |
18-25 |
1 |
1 |
0 |
|
25-30 |
18 |
14 |
4 |
|
|
30-35 |
22 |
18 |
9 |
|
|
35-40 |
22 |
19 |
11 |
|
|
40-65 |
41 |
38 |
9 |
Cədvəldən də göründüyü kimi, müvəffəqiyyət göstəricisi əsasən qadınlarda 25-30, kişilərdə isə 30-40 yaş aralığında müşahidə edilib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)





















