Elm və təhsil
DİM-dən müraciət - Telefon nömrəsinin...
Dövlət İmtahan Mərkəzi elektron xidmətlərindən istifadə etmək üçün “Şəxsi kabinet” yaradanlara müraciət edib.
DİM-dən Publika.az-a verilən məlumata görə, “Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir.
Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” yaratmaq üçün istifadəçi ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir (yeni nəsil şəxsiyyət vəsiqəsi olan vətəndaşlar üçün sənədin seriyası bölməsində '-' seçilməlidir), nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib “Şəxsi kabinet yarat” düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, ekranda istifadəçinin soyadı, adı, atasının adı və digər məlumatları əks olunur.
“Artıq “Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir. Kabinet yaradılanda və ya telefon nömrəsi istifadəçi tərəfindən dəyişdiriləndə istifadəçinin mobil telefonuna SMS vasitəsilə 6 rəqəmli təsdiqləyici kod göndərilir. Bu kod kabinetdə müvafiq sahəyə daxil edildikdə mobil telefon nömrəsi aktual nömrə kimi saxlanılır.
“Şəxsi kabinet” yaradılan zaman mobil telefon nömrəsinin tələb olunmasının üstünlüyü ondan ibarətdir ki, həm zəruri hallarda istifadəçi ilə əlaqə saxlanıla bilər, həm də gələcəkdə “Şəxsi kabinet”in parolu itirilən zaman kabinetin “parolu unutmuşam” bölməsindən istifadə etməklə SMS vasitəsilə parol mobil telefon nömrəsinə göndərilə bilər. Artıq “Şəxsi kabinet”i olan, lakin “əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsini qeyd etməyən və ya digər şəxslərə məxsus telefon nömrəsi qeyd olunan istifadəçilərə tövsiyə edirik ki, gələcəkdə bu xidmətdən istifadə etmək üçün “Şəxsi kabinet”lərinə daxil olub “əlaqə məlumatları” bölməsində özlərinə məxsus mobil telefon nömrəsini qeyd eləsinlər”,- deyə məlumatda qeyd edilir.
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı









.jpg)

























.jpg)
