Elm və təhsil
İldə təxminən 55 kilometr sürətlə... – Amerikalı alimlər kataklizmləri ANONS ETDİ
Yer kürəsinin şimal maqnit qütbü ildə təxminən 55 kilometr sürətlə Rusiyanın sərhədlərinə yerini dəyişir.
Publika.az xəbər verir ki, bu haqda Ətraf mühit haqqında informasiya üzrə Amerika Milli İnstitutundan olan alimlər bildiriblər.
Alimlər maqnit sahəsində dəyişiklik haqqında hər 5 ildən bir məlumat açıqlayırlar. Ancaq vəziyyət son zamanlar o qədər tez dəyişir ki, artıq mütəxəssisləə dəyişikliklər haqqında modeli indi yeniləməyi lazım biliblər. Maqnit qütbünün sürətlə yerini dəyişməsi bir sıra problemlərin, o cümlədən GPS-in işində nasazlıqların yaranmasına gətirib çıxara bilər. Son illərdə bu proses əhəmiyyətli dərəcədə sürətlənib.
Əgər 2000-ci ildə yerdəyişmənin sürəti ildə 15 kilometr təşkil edirdisə, 18 il ərzində sürət üç dəfə artıb.
“Güman edilirdi ki, beşillik müddət kifayət qədər olacaq ki, biz müvafiq olaraq vəziyyəti təsvir edə bilək. Amma məlum oldu ki, maqnit qütb sahəsi daha sürətli dəyişir və hazırkı məlumatlar mövcud model artıq uyğun deyil”, - Rusiya Elmlər Akademiyasının Kosmofizik Tədqiqatlar və Uzaq Şərq bölməsinin radio dalğalarının yayılması İnstitutunun “Paratunka” geofizik rəsədxana kompleksinin müdiri Sergey Xomutov bildirib.

Onun sözlərinə görə, indi maqnit sahəsinin sürətləndirilmiş hərəkətinin səbəbini aydınlaşdırmağa çalışırlar. Alim bildirib ki, maqnit sahəsinin sürətlə yerini dəyişməsi regionda müxtəlif kataklizmlərin riskini yüksəldir. Dəyişiklik, naviqasiya, gəmilərin və təyyarələrin yerdəyişməsi təhlükəsizliyin təmin olunma vasitələrinin təşkilinə, elektron kart-sxeminin normal fəaliyyətinə, xüsusi halda, GPS sistemlərinə təsir edə bilər.
Alimlərin fikrincə, problem planetin daxilində dərinlikdə baş verən tərpənmələrlə bağlıdır. Məsələn, 2016-cı ildə maqnit qütbü Cənubi Amerikanın şimal hissəsi və Sakit okeanın şərq hissəsinin altında tərpəndi. Alimlər vurğulayırlar ki, şimal maqnit qütbünün yerdəyişmələri haqqında xəbərlər yeni deyil. Tədqiqatçılar müəyyən ediblər ki, o hələ 1800-cü illərdə dreyf edirdi.
Müəyyən olunub ki, Yer kürəsinin cənub maqnit qütbü də həmçinin yerini dəyişir, ancaq onun yerdəyişməsinin sürəti xeyli aşağıdır. Yerin qütbləri sonuncu dəfə təxminən 780 min il əvvəl tamamilə dəyişib.
Ömər Dağlı
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...






































