Elm və təhsil
Alman professor Azərbaycanda buna heyran qaldı - FOTO
“Mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun və hesab edirəm ki, Mərkəzi Elmi Kitabxana bu işin zirvəsindədir. Vikipediya mənim üçün gözəl bir alətdir və bu vasitə ilə ilk tanışlığımdan bütün dünya mənim üçün açılmış oldu”.
Publika.az xəbər verir ki, bu sözləri Berlin Humbolt Universitetinin professoru Klaudıa Luks Mərkəzi Elmi Kitabxana haqqında deyib.
Professor bildirib ki, kitabxanalar vikipediya ilə işləməlidilər. Çünki əvvəllər yalnız lüğət və ya ensiklopediyalar var idi və siz informasiya əldə etmək üçün onlardan istifadə edirdiniz.
“Bir məqalədə oxudum ki, vikipediyanın keyfiyyəti Britannika ensiklopediyası ilə eyni səviyyəyə çatmaqdadır və ola bilər ki, onların hər birində müəyyən səhvlər olsun, lakin vikipediyada digər insanların bu səhvləri redaktə etmək imkanı var. Nəticədə siz Britannika ensiklopediyasından da daha çox məlumatı vikipediyadan əldə edirsiniz. Azərbaycana gəlməzdən öncə vikipediyada Azərbaycan ilə bağlı bəzi məlumatlara nəzər yetirdim və yeni biliklər əldə etdim. Bu zaman başa düşdüm ki, burada mənim düşündüyümdən də çox məlumat var. Eləcə də Azərbaycana gəlməzdən öncə öyrəndim ki, vikipediya sahəsində Azərbaycanda bu fəaliyyət Mərkəzi Elmi Kitabxana tərəfindən dəstəklənir. Mənim məqaləmi də vikipediyada yaratdıqlarına görə onlara minnətdaram. Məkəzi Elmi Kitabxananın yaratdığı vikipediyanın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. Mən sizin komandanızın nə dərəcədə fəal olduğununu görürəm və buna görə sizi yalnız təbrik edə blərəm. Mənim Azərbaycan dilində məqaləmin yaradıldığını görəndə çox təəccübləndim və bu ideyanın haradan gəldiyini, kimin bu məqaləni oxuyacağını və kimin buna ehtiyacı olacağını düşündüm. Lakin siz bunu etdiniz, çünki əvvəllər vikipediyada mənim məqaləm yalnız alman dilində mövcud idi və mən heç bir zaman təsəvvür etməzdim ki, Azərbaycan dilində də məqaləm yaradılar. MEK komandası mənim məqaləmi ingilis dilli vikipediyada da yaratdı. Bu çox gözəldir və onu göstərir ki, MEK vikipediya məqalələrinin yaradılmasında çox sürətlidir və dünyaya vikipediya vasitəsilə məlumatlar ötürür. Bu da onu göstərir ki, MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu, mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir. Deyə bilərəm ki, mən Azərbaycanın həm real, həm də virtual informasiya məkanlarındayam və bu MEK-in fəaliyyəti sayəsində reallaşdı”.
-
İdman22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
-
Dünya21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT