Elm və təhsil
DİM-in adından saxta hesablar yaradılıb - XƏBƏRDARLIQ
Son günlər İnstagram sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan bir neçə saxta hesab yaradılıb.
DİM-dən Publika.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı bu hesablarda tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı ilə bağlı informasiyaların yer aldığı məlum olub.
Eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilib. Bəzi hesablar “profil” və “cover” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcəkdir.
İstifadəçilərə daha diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta İnstagram hesablarına üzv olmamağı tövsiyə edirik. Xeyli vaxtdır ki, Mərkəzin rəsmi İnstagram hesabı (https://www.instagram.com/stateexamcenter/) fəaliyyət göstərir. Artıq minlərlə istifadəçi Mərkəzin fəaliyyətinə, qəbul kampaniyasına dair ən yeni və zəruri məlumatları bu hesabdan əldə edir. Əgər Siz də Mərkəzin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək və sizi maraqlandıran suallara cavab tapmaq istəyirsinizsə, göstərilən hesaba üzv olun. İnstagramda yaradılmış saxta hesabların təqdim etdiyi məlumatlara görə Dövlət İmtahan Mərkəzi heç bir məsuliyyət daşımır.
-
ABŞ02:12ABŞ-da qismən şatdaun ləğv edildi
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO






















.jpg)

.jpg)












