Elm və təhsil
Qəbul imtahanı verəcək abituriyentlər bunları bilməlidir
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 19-da II və III qruplar üzrə qəbul imtahanı keçiriləcək. İmtahanda 35422 abituriyentin iştirakı nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzi imtahanda iştirak edəcək abituriyentlər üçün bəzi tövsiyələr hazırlayıb.
Publika.az həmin tövsiyəni təqdim edir.
Abituriyentlər imtahan günü buraxılış vərəqənizdə göstərilən vaxtda imtahan verəcəyiniz binanın qarşısına gəlməli, özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, pozan gətirməlidir.
Bundan başqa şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi", 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) mütləq imtahana gətirməlidirlər.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə və ya HB sərtliyində sadə karandaşla, cavab vərəqini isə yalnız qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurun. Cavab kartı və cavab vərəqindəki məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə işləyərkən ehtiyatlı olun. Cavab kartındakı dairələri tam qaralayın, kartın əks üzünün qabarmaması üçün qələmi bərk basmayın. Cavab vərəqində isə qeydlərinizi verilmiş çərçivə daxilində aparın. Orada lazımsız qeydlər aparmayın. Cavab kartını və cavab vərəqini əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz. Korlanmış cavab kartı və ya cavab vərəqi dəyişdirilmir.
Sizə verilən sual kitabçası sizə məxsus deyilsə və ya cavab kartında və cavab vərəqində göstərilmiş varianta uyğun olmazsa, dərhal nəzarətçiyə müraciət edin.
Cavabları mütləq cavab kartında və cavab vərəqində qeyd edin.
1.Qapalı test tapşırıqlarının hər birinə verilmiş 5 cavab variantından düzgün hesab etdiyiniz bir cavabı seçin və cavab kartında müvafiq sualın nömrəsini tapın və seçdiyiniz cavaba uyğun dairəni tam qaralayın. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.
2.Hesablama, seçim və xronologiya tipli açıq test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa nöqtə ardıcıllığını) cavab kartında bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq aydın şəkildə yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairəni tam qaralayın. Əgər eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir.
3.Uyğunluğu müəyyən etmə tipli açıq test tapşırıqlarında təqdim edilmiş iki siyahının elementləri arasındakı uyğunluqları müəyyən edin və cavab kartında birinci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayın.
4. Situasiya və yaxud mətn üzrə təqdim olunan açıq test tapşırıqlarının hər birinin cavabını isə cavab vərəqində həmin tapşırıq üçün verilmiş ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Unutmayın ki, ballarınız hesablanarkən yalnız cavab kartında və cavab vərəqində qeyd etdiyiniz cavablar nəzərə alınır.
Cavab kartınızın və cavab vərəqinizin yanınızda əyləşən abituriyent tərəfindən yanlışlıqla korlanmasının qarşısını almaq üçün onları əlinizin altında saxlayın. Buna görə siz şəxsən məsuliyyət daşıyırsınız.
İmtahan binasına mobil telefon, konspekt və digər yardımçı vasitələr gətirməyin.
Başqasından köçürməyə cəhd etməyin və başqasının sizdən köçürməsinə şərait yaratmayın. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma zamanı köçürmə faktı aşkar edilərsə, həm köçürənin, həm də köçürməyə şərait yaradanın imtahan nəticələri ləğv olunacaq.
“İmtahan qurtardı!” elan olunduqda cavab kartınızı və cavab vərəqinizi mütləq nəzarətçiyə təhvil verin. Cavab kartını və cavab vərəqini nəzarətçiyə təhvil verdikdən sonra imtahana buraxılış vərəqəsində nəzarətçiyə imza etdirməlisiniz. Bu sənədləri nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaq. Öz cavab kartının və cavab vərəqinin təhvil verilməsinə görə abituriyent şəxsən məsuliyyət daşıyır.
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR