Elm və təhsil
Bu ixtisası seçən abituriyentlərə ŞAD XƏBƏR: 350 manat təqaüd və...
Aqrar sahə üzrə mütəxəssis hazırlığı prosesinin stimullaşdırılması bu il də davam etdiriləcək”.
Publika.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, 2019/2020 tədris ilində də Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatıyönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüdlər veriləcək: “Qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. Eyni zamanda ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiayaları zamanı 6 fənndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur”.
Vüqar Hüseynov əlavə edib ki, ölkədə aqrar sahənin mütəxəssislərinə ehtiyac çoxdur: "Əmək bazarında mövcud tələbləri dəyərləndirən abituriyentlər aqronomluq, baytarlıq və digər kənd təsərrüfatıyönümlü ixtisasları seçərək gələcək karyera həyatını indidən təmin etmiş olurlar. Qəbul imtahanlarında 500 və daha yüksək bal toplamış abituriyent ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçərsə, ayda təxminən 350 manata yaxın təqaüd almış olur. Universitetin 4 ulduz təsnifatına uyğun, hər cür şəraitə malik yataqxanasında qalacaq, ayda 350 manata yaxın təqaüd alacaq tələbə həm yüksək ali təhsil almış olur, həm ailə büdcəsinə qənaət edir, həm də əmək bazarında böyük tələbat olan, yüksək maaşlı işlə təmin olunmağa qarantiya verən ixtisasa yiyələnir”.
Nazirlik rəsmisi bildirib ki, ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçmiş tələbələr təhsil dövründə digər stimullaşdırıcı imkanlardan, mübadilə proqramlarından yararlanmaq imkanına sahibdirlər.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ







.jpg)











.jpg)













.jpg)

