Elm və təhsil
Məktəbə qayğı cəmiyyətin hər bir üzvünün işi olmalıdır - Əli Əhmədov
Azərbaycanın Baş Nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov 2019-2020-ci tədris ilinin başlanması münasibətilə şagird və valideynləri təbrik edib.
Publika.az xəbər verir ki, Ə.Əhmədovun "Facebook" sosial şəbəkəsində paylaşdığı təbrikində deyilir: "Sentyabrın 16-sı Azərbaycanda yeni dərs ilinin başlanğıcı, Bilik Günüdür. İlk dəfə məktəbə gedənlər başda olmaqla bütün şagirdləri və onların valideynlərini bu münasibətlə təbrik edirəm. Təhsil, bilik müasir cəmiyyətin ən böyük sərvətidir. Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb. Bu gün məktəb partaları arxasında oturan yeniyetmələr, universitetlərdə oxuyan tələbələr gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə böyük töhfə verəcək, dövlətimizin keşiyində layiqincə duracaqlar. Məktəbə qayğı tək dövlətin deyil, cəmiyyətin hər bir üzvünün işi olmalıdır. İnanıram ki, hər birimizin səyləri nəticəsində yaxşı oxumaq, müasir biliklərə yiyələnmək istəyi yetişməkdə olan nəslin əsas fərqləndirici xüsusiyyəti olacaq. Gəlin uşaq və gənclərimizdə kitaba məhəbbəti, biliklərə həvəsi birlikdə gücləndirək".
Qeyd edək ki, bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. 164 min 234 Azərbaycan vətəndaşı ilk dəfə məktəbə qədəm qoyur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
