Elm və təhsil
Azərbaycanda məktəbdaxili qiymətləndirmələrin vaxtı məlum oldu
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, Nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib.
Publika.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb:
1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılmasın. Bununla bağlı olaraq I siniflərin sinif jurnalında heç bir qeyd aparılmasın.
2. II-XI sinif şagirdlərinin tədris ilinin birinci yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri üçün qəbul edilsin. Məsələn birinci yarımil üzrə müvafiq fənn üzrə balı “60” və qiyməti “3” olan təhsilalanın illik bal və qiyməti də müvafiq balı “60”, qiyməti “3” kimi müəıyyən edilsin.
Ümumi təhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir.
İllik bal və qiymətlər sinif jurnalında mübvafiq fənlər üzrə “Qiymətləndirmələr” hissəsində, eyni zamanda “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “illik” bölmədə qeyd olunur.
3. Bununla yanaşı, məlumdur ki, Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən 1-3 fəndən (fənlərdən) illik “qeyri-kafi” qiymət almış V-VIII və X sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay tədris tapşırıqları verilir. Eyni zamanda 4 və artıq fəndən illik “qeyri-kafi” qiyməti alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII-X sinif şagirdləri təkrar sinifdə saxlanılır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
