Elm və təhsil
Nazir təhsil şöbəsinin müdirini və 5 direktoru CƏZALANDIRDI - VİDEO
Video əlavə olunub.
xxx
Tərtər rayonu ərazisində yerləşən bir neçə ümumi təhsil müəssisəsinin inzibati binalarının, həyətyanı sahələrinin, sinif otaqlarının təyinatı üzrə istifadə edilmədiyi barədə daxil olmuş məlumatlarla əlaqədar Təhsil Nazirliyi tərəfindən yerində yoxlama aparılıb.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı rayonun Azadqaraqoyunlu, Əskipara, Hacıqərvənd, Qapanlı və Bəyimsarov kənd məktəblərində qeyd olunan nöqsanlar öz təsdiqini tapıb.
Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmova və müvafiq məktəblərin rəhbərlərinə töhmət verilib.
Həmçinin qeyd olunan halların qarşısının alınması məqsədilə aidiyyəti üzrə digər ümumi təhsil müəssisələrində də maarifləndirmə işinin aparılması tapşırılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)


























