Elm və təhsil
DİM növbəti ödənişsiz sınaq imtahanı keçirdi
Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə növbəti ödənişsiz sınaq imtahanı keçirilib.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, imtahanlarda iştirak etmək üçün müraciət 25-29 iyun tarixlərində DİM-in saytı vasitəsilə aparılıb 424 nəfər qeydiyyatdan keçib.
Lakin imtahanda 120 nəfər iştirak edib. Çox təəssüf ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu imtahana təsadüfi yazılan və imtahanda iştirak etməyən şəxslərin sayı daha çox olub. Bir daha xahiş edirik ki, növbəti imtahanlara qeyd edilən vaxtda imtahanda iştirak etmək imkanı olan, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanını verməli olan şəxslər yazılsın.
Xatırladırıq ki, istifadəçilər imtahandan öncə kompüterlərində proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə diqqətlə tanış olmalıdırlar. Əks halda imtahanı vermək mümkün olmur.
İstifadəçilər, həmçinin “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).
Gələcəkdə keçirilməsi nəzərdə tutulan real imtahanda yalnız sınaq imtahanında iştirak etmiş və onu başa çatdırmış, kompüterində lazımi proqram və sistem tələbləri quraşdırılmış şəxslər iştirak edə biləcəklər.
İyunun 30-da keçirilən imtahanda 25 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib. Bu imtahanda bəzi istifadəçilər üçün Zoom proqramı ilə nəzarətçilərlə əlaqə saxlamaq imkanı yaradılıb və canlı bağlantı vasitəsilə prosesə nəzarət edilib.
İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.
Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alırlar.
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...