Elm və təhsil
“Kadr hazırlığına diqqət ayrılmır...” – Universitetlər niyə müasir tələblərə cavab vermir?
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.
İxtisaslar həmişəki kimi eyni olaraq qalır. Müasir əmək bazarının tələblərinə əsasən yeni yaranan ixtisaslar hələ də ölkənin ali təhsil müəssisələrində tədris olunmur. Bu kadrlara ehtiyac olduğu təqdirdə, onlar xarici ölkələrdən gətirilir. Çox da uzağa getməyək, elə dünya ölkələrində jurnalistika üzrə magistratura proqamları olan İctimaiyyətlə əlaqələr (PR) və Reklam kimi ixtisaslaşmalar bizim ölkədə tədris olunmur. Bu ixtisasda təhsil almaq istəyən bakalavrlar xarici ölkələrə üz tutmaq məburiyyətdində qalırlar. Bu cür ixtisasların siyahısını artırmaq olar.
Bəs ölkəmizdə dünyada yeni yaranan müasir ixtisaslar üzrə hansı səbəbdən kadr hazırlığı həyata keçirilmir?
Mövzu ilə bağlı Publika.az-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib ki, burada əsas çətinlik həmin mütəxəssisləri hazırlayacaq peşəkar kadrların olmamasıdır:
“Peşəkar kadrlara ali təhsil müəssisələrimizin ciddi ehtiyacı var. Məsələ bundan ibarətdir ki, universitetlər təhsil vermək üçün mütləq şəkildə həmin mütəxəssisləri yetişdirməlidirlər. Biz illərlə qeyd edirik ki, ali təhsil təhsil müəssisələri dünyanın çağırışlarına hazır olmalıdırlar, yeni ixtisaslar üzrə təhsil vermək istiqamətində bazanı mükəməlləşdirməlidirlər və dünyada gedən trendləri izləməlidirlər. Elə ixtisaslar var ki, onlar yenidir. Bu ixtisaslarda kadr hazırlığı məsələsi ilə bağlı ölənin ali təhsil müəssisələri təəssüf ki, o tələblərə cavab verə bilmirlər”.
İ.Orucov qeyd edib ki, dövrümüzdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir. Bu sahələr üzrə ali təhsil müəssisələri də işlərini bu istiqamətlərdə qurmalıdırlar:
"Xeyli yeni ixtisaslar var. Fərqli ixtisasların kəsişməsi ilə yaranmış multidisiplinar istiqamətlərdə yeni ixtisaslar var ki, həmin ixtisaslar üzrə kadr hazırlığını ölkəmizdə reallaşdırmaq təəssüf ki, mümkün deyil. Təhsil Nazirliyinin də hədəfi ondan ibarətdir ki, mütləq şəkildə universitetlər inkişaf etməlidir. Bu il Prezident İlham Əliyev ali təhsil müəssisələrinin rəqabətədavamlılığını artırmaq üçün peşəkar kadr hazırlığını yüksəldilməsi ilə bağlı sərəncam imzaladı. Doktarantura təhsil pilləsi üzrə tələbələrimizin xarici dövlətlərə göndərilməsi başlanıb. Əslində, burada da məsələ ondan ibarətdir ki, ali təhsil müəssisələri rəqabətə davamlı olmalı və müasir istiqamətlərdə kadr hazırlığını reallaşdırmalıdırlar”.

Ekspert vurğulayıb ki, həmin istiqamətdə kadr hazırlığını həyata keçirmək üçün professor-müəllim heyəti yetişməli və formalaşmalıdır. Onun sözlərinə görə, Türkiyə ilə müqayisədə ölkəmizdə xeyli ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilə bilmir:
“Bu hal təkcə magistraturada deyil, bakalavr və doktarantura hazılığında da yaşanır. Artıq yeni ixtisaslar yaranıb və biz bu sahələr üzrə kadr hazırlaya bilməsək, gələcəkdə Azərbaycanın əmək bazarında bu cür peşəkar ixtisaslara ehtiyac yarandığı zaman bu kadrları xaricdən gətirməli olacağıq. Dünyada bu gün savadlı kadrlar və mütəxəssislər ölkələrinin parlaq gələcəyini təmin edirlər. Amma nəzərə alsaq ki, bu cür kadr hazırlığı ali təhsil müəssisələrində aparılmalıdır. Universitetlər isə bu kadrları hazırlamaq üçün peşəkar və yeni düşüncəli müəllim heyətinə sahib olmalıdır. Mən illərdir bununla bağlı hər zaman universitetlərimizi tənqid edirəm ki, özləri üçün kadr hazırlığına diqqət ayırmırlar. Hazırda, ali təhsil müəssisələrinin təmiri yaxşıdır. Bunlar həm özləri qazanırlar, həm də dövlətdən yardım alırlar. Bunun hamısını təmirə xərcləməyə ehtiyac yoxdur”.
İlqar Orucovun sözlərinə görə, univeristetlər büdcələrində olan vəsaitin bir hissəsini kadr hazırlığına sərf etməli və peşəkar müəllim ordusu hazırlamalıdırlar. O, bunun üçün mütləq şəkildə Avropanın və dünyanın elmtutumlu mərkəzlərinə gənc doktarantlarımızın ezam olunmasının tərəfdarıdır:
“Hər univeristet il ərzində 5-6 kadr hazırlasa, 10 il ərzində yeni nəsil müəllim ordusu formalaşacaq. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 5-6 il öncə xaricdə təhsil almış gəncləri işə cəlb elədi və hazırda universitetin siması dəyişib. Artıq UNEC-də iqtisadiyyatla bağlı yeni ixtisaslarda təhsil almaq mümkündür. Amma biz bu nümunəni Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Memarlıq və İnşaat Universitetin (AzMİU) və ölkəmiz üçün mühəndis hazırlığını həyata keçirən Azərbaycan Texniki Universitetinin (AzTU) timsalında görmürük. Ancaq, nə yaxşı ki, bu nümunəni Gəncədə yerləşən Aqrar Universitetin timsalında görə bilirik. Çünki, onlar yeni nəsil kadrların hazırlanmasına diqqət yetirirlər. Mən fikirləşirəm ki, bunu digər univeristetlər də tətbiq etməlidir. Gənclərimizin xaricə gedib təhsil alması çox yaxşıdır. Ancaq, həmin təhsili burda da tətbiq etmələri və bu istiqamətdə düşünmələri çox vacibdir”.
Akqabay Mıradov
-
Dünya17:14Hamı Makronun taxdığı bu eynəyi alır - Rekord satış
-
Dünya16:56"Ərdoğanın evində böyümək atanı və ananı çox görməmək deməkdir"
-
Dünya15:25Nüvə sınaqlarının dəhşətli nəticəsi: 4 milyon insan vaxtından əvvəl ölüb
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari











.jpg)













.jpg)












