Elm və təhsil
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanları keçirildi
Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanları keçirilib.
Publika.az xəbər verir ki, imtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunmuş 24 imtahan mərkəzində aparılıb. Əyani mərhələyə keçmiş 940 namizəddən 867 nəfəri imtahana qatılıb.
Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə 2 imtahandan ibarət olub.
Qaydalara əsasən, 2 saat ərzində keçirilən “Qabiliyyət üzrə yoxlama” imtahanında iştirakçılardan onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdığı sualların ümumi sayının ən azı 70%-ni, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə ən azı 50%-ni təkrar etmək tələb olunub. Əyani mərhələnin imtahanlarına qatılan 867 namizəddən 728 nəfəri “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçərək “İdarəetmə bacarıqları üzrə imtahan”na buraxılıb.
Qeyd edək ki, əyani mərhələnin “Qabiliyyət üzrə yoxlama imtahanı”nın nəticələri iştirakçılara həmin gün təqdim olunub. “İdarəetmə bacarıqları üzrə imtahan”ın nəticələri 2 həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək. İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinalda iştirak etmək hüququ qazanacaq.
İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib. Temperaturu 37°C-dən yuxarı olan iştirakçı qeydə alınmayıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
