Elm və təhsil
Bu, saxta diplomlu şəxslərin üzə çıxmasına kömək olacaq - Ekspert
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Dəyişikliyə əsasən, Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək.
Publika.az-a qanunun əhəmiyyətindən danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, qərar bir sıra mühüm məqamları özündə ehtiva edir: “Bununla bağlı iş çoxdan başlanılmışdı və elektron bazanın formalaşdırlması istiqamətində proses davam etdirilirdi. Ümid edirəm ki, məzunlarımız üçün bu sistem əlçatan olacaq. İstənilən yerdə, məkan və zaman heç kəsə əngəl olmadan kər kəs təhsil sənədlərini əldə edə biləcək”.
İ.Orucovun sözlərinə görə, bunun üçün hər bir məzuna müvafiq kodlar veriləcək və təqdim olunan kod vasitəsilə şəxs sistemə daxil olaraq öz elektron sənədini rahatlıqla əldə edə biləcək: “Qərar insanların müvafiq sənədlərə əlçatanlığının təmin olunması baxımından xeyli əhəmiyyətlidir. Həmçinin bu, əmək bazarında saxta diplomlu şəxslərin üzə çıxmasına da kömək olacaq. Çünki sistemə təkcə məzunlar deyil, işəgötürənlər də daxil olub həmin şəxsin müvafiq təhsil sənədini görə biləcəklər”.
Ekspert əlavə edib ki, burada təhsil haqqında sənədlər deyərkən təkcə ali məktəb diplomları nəzərdə tutulmayıb: “Orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomları, attestatlar və təhsil arayışları da bura daxildir”.
İ.Orucov qərarın digər bir özəlliyindən də danışıb. Bildirib ki, yeni qərar təkcə builki və bundan sonrakı illərin məzunlara şamil olunmayacaq, həmçinin əvvəlki illərin məzunlarının sənədləri də bu sistemdə yerləşdiriləcək: “Onlar da sistemə daxil olaraq sənədlərinə baxa və yükləyə bilərlər. Bununla yanaşı, təhsilin müəyyən pilləsini bitirən şəxslərin hansısa təhsil arayışlarının alınması ilə bağlı elektron xidmət də göstəriləcək. Bu, həm bütövlükdə Azərbaycanda son illərdə müxtəlif sahələrdə elektron xidmətlərin tətbiq olunmasından irəli gələn məsələdir, həm də insanlar üçün daha rahat bir şərait yaradılmasına yönəlib.
Bu bəcrübə dünyanın müxtəlif ölkələrində mövcuddur. Region ölkələrindən Rusiyada və müxtəlif Avropa ölkələrində analoji təcrübə var. Bütün bunlar insanların bu xidmətlərdən daha rahat formada yararlana bilmələrinə və əlçatanlığa yönəlib”.
Akqabay Mıradov
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI