Elm və təhsil
Məktəblərdə "Son zəng" bu formada keçiriləcək - QAYDALAR
Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirlərinin təşkili qaydası müəyyənləşib.
Bununla bağlı Təhsil Nazirliyi tərəfindən rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.
Belə kı, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə "Son zəng" tədbirinin 14 iyun 2021-ci il tarixində aşağıda göstərilmiş qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir:
- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;
- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;
- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.
Eyni zamanda bildirilir ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.(Report)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO









.jpg)

























