Elm və təhsil
İndoneziya mediasında “Şuşa İli” ilə bağlı məqalə - FOTO
İndoneziyanın nüfuzlu media orqanlarında azərbaycanlı jurnalist Əli Zülfüqaroğlunun və diaspor üzrə ekspert Elnur Eltürkün Azərbaycanın mədəniyyət incisi Şuşa şəhərinin 270 illiyi ilə bağlı hazırladıqları yazı yayımlanıb.
Publika.az xəbər verir ki, “gpriority.co.id”, “heaptalk.com”, “koranpelita.com”, “mancode.id” və “minanews.net” saytlarında yayımlanan yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi qeyd edilir. Məqalədə Şuşanın ermənilər tərəfindən işğalı və işğal dövründə Azərbaycanın bu şəhərdəki tarixi və mədəni abidələrinin dağıdılması və talan edilməsindən söz açılır.
Yazıda Şuşanın görkəmli xadimləri haqqında məlumat verilir, şəhərin dünyanın mədəniyyət incisi olduğu vurğulanır. Qeyd edilir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şuşada və Azərbaycanın işğaldan azad edilmiş digər bölgələrində hazırda böyük abadlıq və quruculuq işləri aparılır. Eyni zamanda, indoneziyalı jurnalistlər bütün bunları öz gözləri ilə gömək üçün Şuşaya dəvət edilirlər.
Xatırladaq ki, Əli Zülüfqaroğlu və Elnur Eltürkün Şuşa ilə bağlı yazıları bir müddət öncə İngiltərə, İtaliya, İordaniya, Əlcəzair, Misir, İraq, Sudan, Pakistan və Özbəkistanın ümumilikdə 16 fərqli media orqanlarında yayımlanıb.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)