Elm və təhsil
Sertifikasiya + MAAŞA ƏLAVƏ: Proses ƏDALƏTLİDİRMİ?
“Sertifikasiya ilə bağlı məsələyə ilk dəfə “Təhsil haqqında” qanunun 36.2-ci maddəsinə və Əmək Məcəlləsinin 67.3-cü maddəsinə edilən əlavələrdən sonra aydınlıq gətirildi və sertifikatlaşmanın hüquqi bazası yaranmağa başladı. Ümumiyyətlə, bu məsələ dövlət ümumtəhsil müəssisələrində təhsil verənlərin peşəkarlığını müəyyən edir. Yəni, test və müsabiqə mərhələlərində 100 bal toplamış müəllim sertifikasiyadan keçmiş sayılır”.
Bu sözləri Publika.az-a açıqlayan təhsil eksperti Elşən Qafarovun fikrincə, sertifikasiya həmin şəxsin öz peşəsinə yararlı olduğunu və 5 il ərzində müəllim işləyə biləcəyini göstərir:
“Qanunverciliyə əsasən, ikinci mərhələdə peşəkarlıq səviyyəsi müəyyən edilməli və beynəlxalq təcrübədən istifadə olunmalı idi. 2002-ci ildə Qazaxıstan müəllimlərin attestasiyasını keçirdi və bu proses uğurla başa çatdı. Müəllimlər A, B və C kateqoriyalarına bölündü və A və B kateqoriyalı müəllimlərin əmək haqlarında kəskin artım baş verdi. C kateqoriyalı müəllimlərə bildirildi ki, hər 3 ildən bir imtahan versinlər və kateqoriyalarını dəyişsinlər”.
Azərbaycanda sertifikasiya qaydalarında ciddi qüsurların olduğunu deyən ekspert qeyd etdi ki, bu prosesi öz qaydalarına uyğun həyata keçirirlər:
“Qanunvericilikdə göstərilib ki, ilk işə qəbul olunan müəllimlər üçün 5 il ərzində sertifikasiya keçirilmir. Təhsil nazirliyi isə 2017-ci ildən sonra bu vaxta qədər 5 il ərzində işə qəbul olunan müəllimləri sertifikasiyaya buraxmadı. 2020-ci ildən etibarən müəllimlərin işə qəbulunda yeni qaydalar tətbiq olundu və əvvəlki illərdə işə götürülən müəllimlər sertifikasiyaya buraxılmadı”.
Hazırda əmək haqqında artım olduğunu deyən təhsil eksperti vurğuladı ki, qiymətləndirmədə olduğu kimi, bu prosesdə də metodikanı nəzərə almadılar:
“Bir müəllimin fəaliyyəti onun metodiki bilikləri nə dərəcədə bilməsi ilə bağlıdır. Elm və Təhsil Nazirliyi narazılığın qarşısını almaq üçün bəzi qaydalarda dəyişiklik etdi, ixtisas suallarını 50 bala qaldırdı, metodiki sualları isə 10 bala endirdi. Bu isə düzgün deyil. Halbuki, müəllim metodikanı daha çox bilməlidir”.
Ekspertin sözlərinə görə, sertifikatlaşdırmanın test mərhələsində 50-dən yuxarı bal toplayanların maaşına 35 faiz, ümumi keçid balını toplayanların maaşına isə 10 faiz aylıq əlavələr ediləcək:
“Buna görə də sertifikasiyadan sonra müəllimlər üçün hansısa stimullaşdırıcı vəziyyətin yaranacağına inanmıram. Yaxşı olardı ki, sertifikasiyadan sonra Qazaxıstan təcrübəsində olduğu kimi, ölkəmizdə də müəllimlər A, B və C kateqoriyalarına bölünsün”.
E.Qafarov qərarda ciddi boşluqların olduğunu da vurğulayır:
“Ölkədə 4432 orta ümumtəhsil müəssisəsi var. Şagird sayı 500-dən çox olan məktəblərin sayı isə 18 faizdən azdır. Direktorların maaşlarına edilən əlavələr formal xarakter daşıyır və bütün məktəbləri əhatə etmir. Əslində bu məsələdə kateqoriyaların sayı çox olmalı və qərar şagirdlərin sayı 100 nəfərdən çox olan məktəbləri də əhatə etməli idi”.
Rövşən Ziya
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...