Elm və təhsil
MİQ üzrə apellyasiya nəticələri elan olundu
2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri elan olunub.
Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsahibələrdə iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə müvafiq məlumat göndərilib. Müsahibə mərhələsində 171 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edib.
Namizədlər 14 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiq olunduğundan əmin olmağı tələb olunur. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri 7-8 sentyabr tarixlərində keçirilib. Müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunub
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq














.jpg)






.jpg)










.jpg)

.jpg)
