Abituriyentlər üçün imtahan detalları açıqlandı: Aprelin 15-dən...
Bizi izləyin

Elm və təhsil

Abituriyentlər üçün imtahan detalları açıqlandı: Aprelin 15-dən...

Artıq buraxılış imtahanlarının nəticələri açıqlanıb. Növbəti mərhələdə abituriyentlər üçün blok imtahanı keçiriləcək.

Amma abituriyentləri, xüsusən də valideynləri bəzi suallar narahat edir.

Bəs ali məktəblərə qəbul üçün ixtisas qruplarının seçimi nə vaxt başlayacaq? Abituriyentlər eyni anda iki qrup seçə bilərmi? Blok imtahanları və ixtisas seçiminin vaxtı açıqlanıbmı?

Publika.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bütün bu suallara aydınlıq gətirdi.

“İlk növbədə qeyd edim ki, artıq qəbul imtahanlarının birinci mərhələsi başa çatıb. Demək olar ki, ən vacib mərhələlərdən biridir. Bildiyimiz kimi bu, 3 və 10 martda keçirilən imtahanların nəticələridir. Abituriyentlər ilkin ballarını bilirlər və elə bu nəticə də demək olar ki, qəbul imtahanının böyük bir hissəsini təşkil edir.

Bundan sonraki prosesdə birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq istəyənlər 15 apreldən 6 maya qədər birinci mərhələdə, yəni keçiriləcək növbəti imtahanda iştirak etmək üçün elektron ərizə verməlidirlər.

Bundan sonra abituriyentlər bu 4 qrupdan birini seçməlidirlər və bu, onların birinci cəhd imtahanları olacaq. Belə ki, birinci cəhd imtahanlar ikinci və üçüncü qruplar üzrə 26 mayda, birinci və dördüncü qruplar üzrə 2 iyunda keçiriləcək. Burada abituriyentlərin topladığı ballar onları qane edərsə ikinci cəhddə iştirak etməyə bilərlər. Əgər nəticələrindən razı olmasalar, may ayının 31-dən iyun ayının 17-nə qədər təkrar ikinci dəfə qeydiyyatdan keçməlidirlər. İkinci cəhd imtahanı ikinci və üçüncü qruplar üzrə 7 iyulda, birinci və dördüncü ixtisas qrupları üzrə imtahanlar isə 14 iyulda olacaq. Ali məktəblərə ixtisas seçimi isə avqust ayının əvvəlində baş tutacaq.

Kollecləri seçmək istəyən 9-cu sinfi bitirmiş şagirdlər 27 martdan 15 aprelə qədər elektron ərizə verməlidirlər. Bundan başqa iyin ayında qabiliyyət imtahanları da olacaq.

Təbii ki, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər geridə qalan müddət ərzində seçdikləri ixtisas qrupları üzrə yaxşı hazırlaşmalıdılar. Bu bal onların buraxılış imtahanında topladıqları balın üzərinə gələcək və yekun ballarla ixtisas seçimi edəcəklər".

Ekspert onu da qeyd etdi ki, abituriyentin eyni anda iki ixtisas qrupu seçmək hüququ var.

“Belə deyək ki, abituriyent şərti olaraq may ayında keçiriləcək imtahanda birinci qrupu, iyunda keçiriləcək imtahanda dördüncü qrupu seçə bilər. Müsabiqə şərtini ödəsə, hər iki qrupdan seçim edə bilər. Yəni 15 ixtisasdan yeddisini bir qrupdan, səkkizini digər qrupdan seçə bilər”.

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm