Elm və təhsil
Diplomlar elektron formada veriləcək - YENİLİK
2025-ci ildən başlayaraq ali təhsil haqqında diplom kağız ilə bərabər elektron formatda əldə edilə bilər.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) bildirib.
“Biz 2024-cü ilin 25 aprelindən etibarən elektron sənədlərin təqdimatı ilə bağlı təcrübə həyata keçiririk. Proses olduqca sadədir. Diplomların reyestri var və gələn ilki qəbulu gözləyirik. Qanunda göstərilir ki, elektron diplom adi kağız diplom ilə eyni statusa malik olacaq”, - deyən Çernışenko bildirib ki, tələbə sənədi hansı formada alacağını seçmək hüququna malik olacaq.
Xatırladaq ki, Rusiyanın Baş naziri Mixail Mişustin aprelin 25-dən tələbə kartları və qeyd dəftərlərinin elektron formada təqdim olunması haqqında sərəncam imzalayıb. Pilot layihə könüllülük əsasında həyata keçiriləcək və kollec və universitet tələbələri, eləcə də eksperimentdə iştirak edən təşkilatlarda təhsil alan rezident və aspirantlara şamil olunacaq. Onların hazırlığını təsdiq edən sənədlər elektron formaya çevriləcək və daha sonra onların dövlət xidmətləri portalındakı şəxsi kabinetində və QR kod şəklində mobil əlavədə görünəcək.
Adəm Abbaslı
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...














.jpg)



















.jpg)



