Elm və təhsil
Bu gün sertifikatlaşdırma imtahanı var
Bu gün ötən il uğur qazana bilməyən müəllimlər təkrar sertifikatlaşdırmaya cəlb olunacaqlar.
Publika.az xəbər verir ki, təkrar sertifikatlaşdırmaya cəlb edilən müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilirlər. 2023-cü ildə təşkil edilmiş sertifikatlaşdırma prosesində uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5 495 nəfər ibtidai sinif müəllimi bu il təlimlərə cəlb olunub.
İyunun 21-22-də və 24-də isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu il ilk dəfə Naxçıvanda baş tutacaq sertifikatlaşdırmada 367 müəllim iştirak edəcək. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.
Cari ildə 30 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçən müəllim növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil ediləcək. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (3 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçən müəllimlər sertifikatlaşdırılma prosesindən azaddırlar.
-
Avropa16:51Avropada qalmaqal: Brüsseldə bu ölkənin casus şəbəkəsi aşkarlandı
-
Dünya16:10Ərdoğanın maaşı artırıldı: Görün nə qədər oldu
-
Maraq dünyası14:56Marsda yadplanetlinin tapançası tapıldı – Dünya bu FOTODAN danışır
-
İdman14:06Bu da Ançelottinin gəlini: Həyat yoldaşını braziliyalıların hücumundan xilas edib - FOTOLAR
-
MDB13:12Moskvadan İrəvana daha bir xəbərdarlıq: O tələdə pulsuz pendir olmayacaq
-
Rəsmi xronika12:31İlham Əliyev fərman imzaladı
-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO






.jpg)
.webp)







.jpg)















.jpg)





