Elm və təhsil
Magistraturaya ixtisas seçimi başlayır
"Magistr" jurnalının 4-cü nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc olunur.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu nömrədə həmçinin "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunur.
Bakalavrların nəzərinə çatdırılıb ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda - Azərbaycan dilində dərc edilir.
Jurnalı 20 iyun saat 10:00-dan etibarən DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.
Qeyd edilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyunun 21-dən 30-dək aparılacaq.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar








.jpg)


























