Elm və təhsil
Qarabağ Universiteti sərgidə iştirak etdi: Ziyarətçilərə bu məlumatlar verildi
Qarabağ Universiteti Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan ali təhsil müəssisələrinin sərgisində təmsil olunub.
Publika.az-a bu barədə universitetdən məlumat verilib. Bildirilir ki, ziyarətçilər sərgidə Qarabağ Universitetinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara dair məlumatlar əldə ediblər.
3 gün ərzində İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə və Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyevin iştirakı ilə Universitetin 27 ixtisası barəsində infosessiyalar təşkil olunub, abituriyentlərə ixtisas seçiminə dair tövsiyələr verilib.
Qeyd edək ki, ümumilikdə 1500-dən artıq abituriyent və valideynin ziyarət etdiyi sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edib.
-
Hadisə08:00Goranboyda sursat anbarında partlayış baş verdi - VİDEO/YENİLƏNDİ
-
Dünya07:30Hamilə bloqeri ağaca bağlayıb yandırdılar
-
Magazin106:16“Elə bil, bütün kişilər tək bir qadınla evlənir”
-
Hadisə04:14Şamaxıda zəlzələ oldu
-
Sosial01:41Bakının bir sıra əraziləri işıqsız qalacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazana bilərsiniz
-
Hadisə1 Sentyabr 23:12Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
-
Sosial1 Sentyabr 22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO






































