Elm və təhsil
Tələbələrə ŞAD XƏBƏR: yeni kartlar istifadəyə verildi - FOTO
Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi məqsədilə memorandum imzalanıb.
Fonddan Publika.az-a bildirilib ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, “Kapital Bank”ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktoru Nurlan Hacıyev imzalayıblar.
Elnur Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki tərəfdaş quruma təşəkkürünü bildirib. O, layihənin tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib. Daima tələbələrin ehtiyaclarına diqqət yetirdiklərini vurğulayan Fond sədri onlara ən yüksək səviyyədə dəstək verməyə hazır olduqlarını bir daha vurğulayıb.
Fərid Hidayətzadə “Kapital Bank”ın ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq hər zaman təhsilin və elmin inkişafına dəstək göstərdiyini bildirib. Fərid Hidayətzadə bugünkü təşəbbüsün “Kapital Bank” üçün olduqca önəmli olduğunu, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə tələbələrin bu imkanlardan faydalanmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. İndiki təhsilli gənclərinin gələcəyin peşəkar mütəxəssisləri olduğunu vurğulayan F.Hidayətzadə bu gün investisiya edilən hər bir gənci gələcəkdə bankın əməkdaşı kimi dəyərləndirdiyini dilə gətirib.
Nurlan Hacıyev isə bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı hər zaman şirkətin diqqət mərkəzindədir. O, “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib. N.Hacızadə şirkətinin bu layihənin bir hissəsi olmasından məmnunluq hissini və gələcəkdə layihənin bütün ölkə tələbələrini əhatə etməsini hədəflədiyini bildirib.
Görüşdə iştirak edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında baş tutan bu əməkdaşlığın uğurla nəticələnəcəyinə və gənclərimizin gələcəkdə daha böyük nailiyyətlər əldə etməsinə zəmin yaradacağına əmin olduqlarını vurğulayıblar.
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi







.jpg)































